ABŞ-ın miqrasiya orqanları 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində 100-dən çox İran vətəndaşının üç xüsusi reyslə ölkədən çıxarılması prosesini Tehran rəsmiləri ilə sıx şəkildə əlaqələndirib.
Bu barədə "Associated Press" (AP) agentliyi açıqlanan daxili elektron yazışmalara istinadən məlumat yayıb.
Sənədlərə əsasən, İrannın diplomatik nümayəndələri deportasiya ediləcəklərin siyahısına birbaşa təsir göstərib və hətta son dəqiqələrdə dəyişikliklər tələb ediblər.
Donald Tramp administrasiyası 2025-ci ildə ABŞ və İran arasında hərbi gərginliyin pik həddə çatdığı dövrdə belə, iranlıların geri qaytarılmasını əsas prioritetlərdən biri kimi saxlayıb.
Məlumata görə, amerikalı rəsmilər iranlı diplomatlara saxlanılan bəzi miqrantlarla görüşmək üçün imkan da yaradıblar.
Mənbə: musavat.com