Ukraynada səfərbərliklə bağlı yeni qərar - “Daha insani yanaşma lazımdır”

Ukraynada səfərbərliklə bağlı yeni qərar - “Daha insani yanaşma lazımdır”

“Ukrayna Müdafiə Nazirliyi səfərbərliyin “daha insani tərəfə” dəyişdirilməsi ilə bağlı real təkliflər təqdim etməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında paylaşım edib.

Dövlət başçısının sözlərinə görə, səfərbərlik, müqavilələr və rotasiya məsələlərində “real qərarlara və təkliflərə” ehtiyac var:

“Qoşunlarda təşkilati məsələlərin həllinə daha insani və sistemli yanaşma vacibdir”.

Xatırladaq ki, Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevral ayının sonunda elan edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb. Ölkə rəhbərliyi çağırış yaşlı kişilərin hərbi xidmətdən yayınmasının qarşısını almaq üçün müxtəlif sərt tədbirlər görür.

Məlumat üçün bildirək ki, Ukraynanın sosial şəbəkə seqmentində məcburi səfərbərlik və müxtəlif yaşayış məntəqələrində mülki şəxslərlə hərbi komissarlıq əməkdaşları arasında yaşanan qarşıdurmaların videoları müntəzəm olaraq yayılır. Orduda şəxsi heyətin kəskin çatışmazlığı səbəbindən ictimai yerlərdə reydlər tez-tez baş verir, çağırış yaşlı kişilər isə həyatlarını riskə ataraq hər vəchlə ölkəni tərk etməyə çalışırlar.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ölkədə səfərbərliyin yumşaldılması ehtimalını istisna etmişdi.

Mənbə: qafqazinfo.az