ABŞ Dövlət Departamenti Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində Qətərə ümumi dəyəri 4,5 milyard dollar qiymətləndirilən hərbi texnikanın mümkün satışına razılıq verib.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan açıqlamada bildirilib.
Qeyd olunub ki, Qətər 4-dək KC-46A yanacaqdoldurma təyyarəsi, 8 ədəd PW4062 mühərriki, həmçinin elektron müharibə avadanlıqları, raket hücumu barədə xəbərdarlıq sistemləri və LAIRCM infraqırmızı əks-təsir sistemlərinin alınmasını istəyib.
Paketə həmçinin ehtiyat hissələri, texniki xidmət avadanlıqları, rabitə və naviqasiya vasitələri, proqram təminatı, təlim materialları, mühəndislik və logistika dəstəyi, eləcə də inteqrasiya və sınaq xidmətləri daxil olacaq.
Mənbə: unikal.az