Trampdan rüsumlarla bağlı maraqlı etiraf

Trampdan rüsumlarla bağlı maraqlı etiraf
ABŞ Prezidenti Donald Tramp "saxta" KİV səbəbindən "rüsum" sözünü ən sevdiyi ifadələr siyahısında beşinci yerə endirdiyini bildirib.

Bu barədə "RİA Novosti"yə istinadən məlumat verir.

"Mən rüsumları sevirəm, mən bu sözü sevirəm, rüsumlar bizi varlandırdı. Amma saxta media subyektləri üzərimə hücum etdi. Dedilər ki, rüsumlar onun ən sevdiyi sözdür, bəs Allah, bəs din, bəs onun arvadı və uşaqları, bəs onun ailəsi? Ona görə də mən rüsumları ən sevimli sözlər siyahısında beşinci qoydum və indi mənim KİV-lə heç bir problemim yoxdur", - deyə Tramp qeyd edib.

Mənbə: oxu.az