Trampdan maraqlı bəyanat - "Siz nə vaxtsa gülən kommunist görmüsünüz?"

Trampdan maraqlı bəyanat -

ABŞ Prezidenti Donald Tramp heç vaxt gülən kommunist görmədiyini bəyan edib.

TASS-a istinadən verilən xəbərə görə, o, bu barədə Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

"Siz nə vaxtsa xoşbəxt kommunist görmüsünüzmü? Görmüsünüzmü ki, kommunistlər gülsünlər? Mən heç vaxt görməmişəm. Mən kommunistləri tanıyıram. Onlar heç vaxt gülmürlər. Onlar bədbəxt insanlardır", - deyə Donald Tramp qeyd edib.

ABŞ prezidenti, həmçinin noyabr ayında Konqres üçün keçiriləcək ara seçkilərdə kommunizmin öhdəsindən gələcəyinə də söz verib.

Çıxışı zamanı Tramp bildirib ki, ölkə qanunları dəyişdirilərsə və ona üçüncü müddətə dövlət başçısı vəzifəsinə yenidən seçilmək üçün icazə verilərsə, xoşbəxt olardı.

Mənbə: oxu.az