Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev filosof və alim Yusif Qarabağinin Buxaradakı məzarından paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
"Qarabağdan Buxaraya uzanan bir elm yolu…
XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya - əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü".
Mənbə: oxu.az