“1988-ci ildə başlayan və Qarabağın Ermənistana birləşdirilməsini tələb edən hərəkat ölkə üçün ciddi nəticələrə səbəb oldu”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Qarabağ məsələsi son nəticədə Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərən bir “tələ”yə çevrilib:
“Erməni cəmiyyəti bu reallığı daha əvvəl dərk etməli idi. Qarabağ münaqişəsinin belə xarakter daşıdığını anlamadan həqiqətən müstəqil, insanların azad, təhlükəsiz və firavan yaşaya biləcəyi dövlət qurmaq mümkün deyil”.
Qeyd edək ki, N.Paşinyanın bu açıqlaması Ermənistanın Qarabağ siyasətinə münasibətdə son illərdə formalaşdırdığı yeni yanaşmanın davamı kimi qiymətləndirilir.
Safura Bənnayeva
Mənbə: globalinfo.az