Əraqçi: ABŞ "təzyiqin işə yaramadığını" başa düşərsə, diplomatiyaya qayıtmaq mümkündür

Əraqçi: ABŞ "təzyiqin işə yaramadığını" başa düşərsə, diplomatiyaya qayıtmaq mümkündür

ABŞ-la diplomatiyaya qayıtmaq mümkündür.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.

O bildirib ki, diplomatiyaya qayıtmaq mümkünsüz deyil. Belə ki, bu, ABŞ-ın İrana qarşı “təzyiqin işə yaramadığı” faktını başa düşməsindən asılıdır.

“ABŞ etimad quruculuğu işləri görməli, bizimlə hörmətlə danışmalı, haqlarımızı tanımalı və öhdəliklərini yerinə yetirməlidir”, - Əraqçi vurğulayıb.

Mənbə: apa.az