2026-cı ilin sonuna qədər Ukrayna Donetsk bölgəsindəki Çasov Yar və Kostyantinovkanı itirə bilər.
Bu barədə ukraynalı hərbi-siyasi icmalçı Aleksandr Kovalenko bildirib.
O qeyd edib ki, hazırkı gedişata əsasən, Çasov Yar sentyabrın sonu və ya oktyabrın əvvəlində işğal edilə bilər.
Ekspert vurğulayıb ki, bu şəhər “əyləc” rolunu oynayıb - rus qoşunlarını iki ildən çox yubadıb və ya tükəndirib.
Onun fikrincə, ilin sonuna kimi Kostyantinovka şəhəri də işğala məruz qala bilər./Axar.az
Mənbə: yenisabah.az