Zelenski Avropa siyasətçilərinə niyə hücum edir? - Keçmiş sözçüsü AÇIQLADI

Zelenski Avropa siyasətçilərinə niyə hücum edir? - Keçmiş sözçüsü AÇIQLADI

Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel onun Avropa siyasətçilərinə qarşı sərt çıxışlarının səbəbini açıqlayıb.

Mendel Zelenskinin Avropa liderləri ilə bağlı davranışını Ukraynanın Avropa İttifaqına üzvlüyü mövzusundakı tələbləri ilə əlaqələndirib.

O, Zelenskinin bəyanatlarını ziddiyyətli və ardıcıl olmayan fikirlərin qarışığı adlandırıb. Mendel qeyd edib ki, Ukrayna lideri əvvəlcə Aİ-yə üzvlüklə bağlı konkret tarix tələb edir, daha sonra isə Brüsseli Ukraynanı itirməklə hədələyir.

Yuliya Mendelin sözlərinə görə, Zelenskinin bu yanaşması Avropa siyasətçilərinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilə bilər.

Mənbə: publika.az