Medvedevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər

Medvedevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Almaniyanın Leypsiq hava limanına hücumla bağlı Rusiyaya qarşı ittihamlarını əsassız və “uydurma” adlandırıb.

Medvedev bildirib ki, Almaniyanın hazırkı rəhbərliyinin “neonasist və açıq rusofob siyasəti” fonunda uydurma diversiya onların “günahlarına görə ən yüngül cəza” sayıla bilər.

O, Almaniyanın Ukraynaya hərbi texnika istehsal edən müəssisələrinə birbaşa zərbə endirilməsi ehtimalını da dilə gətirib. Medvedevin sözlərinə görə, Berlindəki bəzi digər obyektlər də hədəfə çevrilə bilər.

Rusiyalı siyasətçi həmçinin Ukrayna rəhbərliyinin Rusiya mülki aviasiyasına qarşı təhdidlərini “dövlət terrorizminə cəhd” kimi qiymətləndirib. O bildirib ki, “terrorçularla danışıqlar aparılmır, onlara cavab zərbəsi ilə cavab verilir”.

Mənbə: publika.az