“Sərhəddən geri çəkiləcəyik” - Simonyan qaytarılacaq əraziləri açıqladı

“Sərhəddən geri çəkiləcəyik” -

“Sərhədin delimitasiya prosesi Ermənistan ərazisinin azaldılmasını nəzərdə tutmur. Tərəflər razılaşdırılmış xətdən kənarda yerləşdikləri ərazilərdən geri çəkilməlidir”.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərin Azərbaycan anklavı olan Kərki kəndinin qaytarılması haqda sualına cavabında deyib.

Simonyan bildirib ki, delimitasiya sözü dəqiqləşdirilməlidir: “Harada irəlidə olsaq, geri çəkiləcəyik, onlar da (Azərbaycan-red) irəlidə olduqları yerdən geri çəkilməlidirlər. Sərhəd məsələsi iki ölkə arasında razılaşdırılmış qaydalarla tənzimlənir və bu qaydalar hər iki tərəf üçün məcburidir”.

O, Ermənistan ərazisinin 29.743 kvadratkilometr olduğunu vurğulayıb.

Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz olaraq irəli çəkmişdi. Sərhədin bərpası, o cümlədən, anklav ərazilərin – Kərki və Qazaxın üç kəndinin qaytarılması delimitasiya prosesində həll ediləcək. Simonyan “Ermənistan ərazisi azalmayacaq” sözləri ilə demək istəyir ki, “bizim olmayan əraziləri qaytaracağıq”.

Asif

Mənbə: publika.az