Ankara Prokurorluğu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna qarşı sosial mediada ölkə prezidentini təhqir etdiyinə görə istintaqa başlayıb.
Xarici mətbuata istinadən xəbər verilir ki, iş Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci hissəsi - "Prezidenti təhqir etmək" maddəsi ilə açılıb.
Ankara Prokurorluğu qərarın sosial media paylaşımlarının araşdırılmasından sonra verildiyini bildirib.
Qeyd edək ki, Əhməd Davudoğlu türk siyasətçisi və keçmiş diplomatdır. Davudoğlu 2009-cu ildən 2014-cü ilə qədər Türkiyənin Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2014-cü ilin avqustundan 2016-cı ilin may ayına qədər isə hökumətə başçılıq edib.
Mənbə: www.bakupost.az