Sarkisyanın həbsi daha 2 ay uzadıldı

Sarkisyanın həbsi daha 2 ay uzadıldı

"Ermənistan" blokunun deputatı Artur Sarkisyanın ev dustaqlığı daha iki ay uzadılıb.

Məhkəmə zalında olanlar qərara "Utanc, utanc" şüarları ilə cavab veriblər.

Qərarı eşidən Sarkisyanın özü istehza ilə hakimə cəzanı altı ay uzatmağı təklif edib.

Xatırladaq ki, Artur Sarkisyan və "Müqəddəs Mübarizə" hərəkatının digər 17 nümayəndəsi "terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd" ittihamları ilə günahlandırılırlar. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarları iyunun sonlarında həbs ediliblər. O zaman Ermənistan İstintaq Komitəsi hakimiyyəti silahlı şəkildə ələ keçirmək cəhdinin qarşısı alındığını açıqlayıb.


Mənbə: unikal.az