Rusiya Qara dənizdə 2 yük gəmisini vurdu

Rusiya Qara dənizdə 2 yük gəmisini vurdu

Rusiya qoşunları Qara dənizdə yük daşıyan 2 gəmini pilotsuz uçuş aparatları (PUA) ilə vurub.

Yerli mediaya istinadən xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, zərbələr silah daşıyan quru yük və konteyner gəmilərinə endirilib.

"Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun maraqları üçün cəlb edilmiş dəniz gəmilərinə və liman infrastrukturu obyektlərinə zərbə endirməyə davam edir. Gün ərzində PUA-larla Qara dəniz akvatoriyasında silah və döyüş sursatı olan quru yük tipli dəniz gəmisi və hərbi-texniki əmlak daşıyan konteyner tipli gəmi vurulub", - məlumatda bildirilib.


Mənbə: unikal.az