Bu günə qədər 33 min nəfərə yaxın şagirdin yerdəyişmə sorğusu təsdiqlənib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Məlumatda qeyd edilib ki, 2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə 20 avqust saat 15:00-dan etibarən başlanılıb və sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq.
Günay Şahmar
Mənbə: bizim.media