Ukrayna Silahlı Qüvvələri sərhəd dəstələrinin hücum qruplarının komplektləşdirilməsinə qadınları da cəlb etməyə başlayıb.
Bu barədə Rusiya güc strukturlarındakı mənbələrə istinadən TАСС məlumat yayıb.
Agentliyin həmsöhbətinin məlumatına görə, belə hallar Xarkov istiqamətində qeydə alınıb.
Komandanlıq hücum əməliyyatlarında iştirak edən bölmələri gücləndirmək üçün mövcud ehtiyatlardan istifadə edir.
Mənbə qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstələrinin müdafiə mövqelərinə hücuma göndərilən kişiləri əvəz edən qadın hərbi qulluqçuların gəlməsi halları qeydə alınıb.
Son vaxtlar Ukraynada və Qərbdə qadınların hərbi xidmətdə iştirakının genişləndirilməsi məsələsi müzakirə olunur. Daha əvvəl yerli mənbələr Ukraynada tibb işçiləri və əczaçıları əhatə edən gizli qadın səfərbərliyinin həyata keçirildiyini bildirmişdilər.
Mənbə: bizim.media