İrlandiyada vətəndaşlıq almaq qaydaları SƏRTLƏŞDİRİLİR

İrlandiyada vətəndaşlıq almaq qaydaları

İrlandiya hakimiyyəti vətəndaşlıq almaq üçün ölkədə tələb olunan yaşayış müddətini 5 ildən 8 ilə qədər artırmağı planlaşdırır.

Bu barədə Irish Times qəzeti məlumat yayıb.

Bir il əvvəl İrlandiya hakimiyyəti pasport almaq üçün ölkədə tələb olunan yaşayış müddətini 3 ildən 5 ilə qədər artırmışdı.


Nəşr yazır ki, İrlandiya vətəndaşlığı almaq istəyən şəxslər ölkədə 8 il yaşamalı, həmçinin dil bilikləri üzrə imtahan verməli və iqtisadi baxımdan özlərini təmin edə bilməlidirlər.

Qeyd olunur ki, imtahanı yalnız ingilis dili üzrə deyil, irland dili üzrə də vermək mümkün olacaq.

Mənbə: bizim.media