Ermənistan kosmosa 3 peyk buraxacaq

Ermənistan kosmosa 3 peyk buraxacaq

"Ermənistan yaxın illərdə kosmosa ən azı üç peyk buraxmaq niyyətindədir".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Kosmik Sammitində bildirib.

O bildirib ki, bu peyklərdən ikisi Yer kürəsinin müşahidəsi, biri isə rabitə üçün nəzərdə tutulacaq. Eyni zamanda, yerüstü infrastruktur və idarəetmə sistemi planlaşdırılır.

"Biz təkcə Ermənistanın ehtiyaclarını ödəməklə yanaşı, həm də beynəlxalq kosmik missiyaları asanlaşdıra biləcək paylanmış yerüstü stansiyalar şəbəkəsi yaratmağı planlaşdırırıq", - deyə Ermənistanın baş naziri qeyd edib.


Mənbə: unikal.az