İrlandiyanın Şennon hava limanındakı etirazçılar ABŞ prezidenti Donald Trampı "iyrənc" adlandırıb və onun ölkəyə səfərinə qarşı çıxıblar.
"Unikal" xəbər verir ki, bazar günü Amerika liderinin gözlənilən gedişindən əvvəl təxminən 20 nümayişçi hava limanında toplaşıb.
Etirazçılar əllərində "Tramp rədd olsun, Sülhü seçin" və "Tramp getsin - neft müharibələrinə yox" kimi şüarlar yazılmış lövhələr tutublar.
Şənbə günü Dublində Trampın səfərinə qarşı böyük bir nümayiş keçirilib. Lövhələr və pankartlar daşıyan böyük bir qrup etirazçı O'Konnell küçəsi boyunca yürüş edib. Daha kiçik etirazlar həmçinin Şennon hava limanında və Amerika prezidentinin İrlandiya Açıq turnirinə qatıldığı Trampın qolf klubunun yaxınlığında yerləşən Kler qraflığının Doonbeq kəndində də keçirilib.
Mənbə: unikal.az