Putin Ukraynaya görə "Valday" forumunun keçirildiyi yeri dəyişdi

Putin Ukraynaya görə "Valday" forumunun keçirildiyi yeri dəyişdi

Ənənəvi olaraq payızda Soçidə keçirilən "Valday" klubunun illik iclası bu il Moskva vilayətinə köçürülüb.

"Financial Times" qəzeti məsələ ilə tanış olan dörd mənbəyə istinadən yazır ki, bu qərar güclənən Ukrayna PUA hücumları fonunda təhlükəsizlik narahatlıqları səbəbindən baş verib.

Qəzetin iki həmsöhbətinin bildirdiyinə görə, məkanın dəyişməsində Rusiya prezidentinin təhlükəsizlik xidməti təkrar-təkrar təkid edib.

"Valday" klubu illik iclasla bağlı anonsu bazar ertəsi yayımlayıb. Saytdakı məlumatda bu il tədbirin keçiriləcəyi yerin Moskva vilayəti olacağı qeyd olunur.

"FT" yazır ki, iclasa dəvət olunan təxminən 120 nəfər əvvəlcə Soçiyə dəvət alsa da, məkanın dəyişdirildiyi barədə hələ avqust ayında məlumatlandırılıb.

Kreml sözçüsü Dmitri Peskov və "Valday" klubu "FT"-nin köçürülmənin səbəbləri ilə bağlı sorğularına cavab verməyiblər.

Nəşr qeyd edir ki, bu yerdəyişmə Kremli Putinin orta və uzaq mənzilli Ukrayna PUA-ları səbəbindən riskə məruz qala biləcəyi ehtiyatının getdikcə daha çox narahat etdiyini göstərir.

Putin ənənəvi olaraq "Valday"ın illik iclasının son günündə çıxış edir və uzunmüddətli sual-cavab sessiyası keçirir.

Mənbə: bizim.media