Ukraynanın keçmiş baş prokuroru Ruslan Kravçenko NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu) rəhbəri Sergey Krivonosun əleyhinə yeni video yayımlayıb.
Video materialda iddia olunur ki, Krivonos 2014-cü ildə Kiyev vilayətinin Obuxov rayonunun Starobezradiç kənd şurasının sabiq sədri ilə cinayət əlbirliyinə girərək, kənddə torpaq sahəsinin ayrılması müqabilində 72 min dollar rüşvət tələb edib.
Məlumata görə, prosedur hüquq-mühafizə orqanlarının müdaxiləsi və fəaliyyətin ifşa olunduğu bilindikdən sonra yarımçıq qalıb.
Xatırladaq ki, daha əvvəl Kravçenko NABU rəhbərinə qarşı rəsmi şübhə bildirişi imzaladığını açıqlamışdı, lakin NABU və SAP (İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu) rəhbərləri hər hansı rəsmi sənəd almadıqlarını və bunun uydurma olduğunu bəyan etmişdilər.
Mənbə: bizim.media