ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə qaldıqları müddətdə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq.
TASS-a istinadən xəbər verilir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Baqer Zülqədər bildirib.
“Cinayətkar Tramp və qaniçən Netanyahu hakimiyyətdən devrilməyənə qədər döyüşçülərimiz Hörmüz boğazını açmayacaqlar”, - deyə o deyib.
İranın Ali Rəhbərinin müşaviri əlavə edib ki, boğazın bağlanması İran xalqının qisasının yalnız ilk mərhələsidir.
Mənbə: qafqazinfo.az