Tramp əvvəllər Çini tənqid edirdisə, indi Si Szinpinə qırmızı xalça döşəyir

Tramp əvvəllər Çini tənqid edirdisə, indi Si Szinpinə qırmızı xalça döşəyir

Əvvəllər Çini ABŞ iqtisadiyyatının əsas təhlükəsi adlandıran Donald Tramp indi Çin Sədri Si Szinpinlə münasibətlərində daha mülayim və tərif dolu tonda danışır, gələn həftə onu dövlət şam yeməyi ilə qarşılamağa hazırdır.

Bu barədə UNİAN nəşri yazıb.

Ekspertlərin fikrincə, Trampın Çinə qarşı tətbiq etdiyi həddindən artıq yüksək tariflər və ixrac məhdudiyyətləri istənilən nəticəni vermədi. Çin nadir torpaq metalları üzərindəki monopoliyasından istifadə edərək ABŞ-ı ticarət barışığına məcbur edə bildi və bu rəqabətdən qalib çıxdı.


Trampın Kanada və Avropa müttəfiqlərinə qarşı sərt ticarət və siyasi addımları Qərb liderlərinin Çinə səfərlərini artırmasına və Pekinin qlobal mövqeyinin güclənməsinə şərait yaradıb.

Qarşıdakı dövlət səfərinin konkret iqtisadi və ya siyasi nəticələr verəcəyi hələ ki qeyri-müəyyəndir, lakin ekspertlər Trampın şəxsi münasibətlərə üstünlük verməsinin ABŞ-ın Çinlə qlobal rəqabət strategiyasına mənfi təsir edə biləcəyini düşünürlər.

Mənbə: bizim.media