Rusiyada Dövlət Dumasına seçkilərdə üç günlük səsvermə başa çatıb.
Hazırda səslərin sayılmasına başlanılıb.
Protokolların 13,88 faizinin işlənməsinin yekunlarına əsasən, “Vahid Rusiya” partiyası IX çağırış Dövlət Dumasına deputat seçkilərində səslərin 57,54 faizini qazanır. Bu barədə RF Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova brifinq zamanı məlumat verib.
Mənbə: publika.az