Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 2011-ci ildən bəri Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov yenidən regional liderlik seçkilərində qalib gəlib.
Rusiya mediasına istinadən xəbər verilir ki, hazırda respublikada səslərin 100%-i hesablanıb. Nəticələrə görə, Vahid Rusiya partiyasının üzvü Kadırov səslərin 99,85%-ni toplayıb.
Çeçenistan prezident seçkilərində onun rəqibləri Ədalətli Rusiyadan İsmayıl Denilxanov və Rusiya Federasiyası Kommunist Partiyasından Xalid Nakayev olub.
18-20 sentyabr tarixlərində Rusiyada 9-cu çağırış Dövlət Dumasına deputat seçkiləri keçirilib. Deputat korpusundan əlavə, vətəndaşlar səkkiz bölgənin başçısını və 39 regional parlamentin üzvlərini seçiblər.
Mənbə: unikal.az