Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropa İttifaqı (Aİ) ölkələri arasında getdikcə siyasi məqsədlərə çatmaq üçün istifadə olunan alətə çevrilir.
Publika.az xəbər verir ki, bu barədə "Euractiv" yazıb.
Nəşrin məlumatına görə, bəzi avropalı diplomatlar sanksiyaların ilkin mahiyyətini itirməsindən narahatdır. Avropa Siyasət Mərkəzinin baş analitiki Filip Lausberqin sözlərinə görə, 2022-ci ildən etibarən sanksiya siyasətində enerji təhlükəsizliyindən daha konkret iqtisadi maraqlara doğru dəyişiklik müşahidə olunur.
Lausberg bildirib ki, Aİ ölkələri arasında sanksiyalarla bağlı məsələlər üzrə getdikcə daha detallı sövdələşmələr aparılır. Onun sözlərinə görə, bəzi diplomatlar ayrı-ayrı ölkələrin öz xarici siyasət maraqlarını təmin etmək üçün sanksiyalardan “alver predmeti” kimi istifadə etməsindən narahatdırlar.
Müəllif: Adəm
Mənbə: publika.az