Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək

Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək

Azərbaycanda “Ürək transplantasiyası həftəsi” keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, 31 oktyabr - 6 noyabr tarixlərində baş tutacaq həftə çərçivəsində bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər professor Kamran Musayevin rəhbərliyi ilə Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünə həsr olunur.

Konfransın əsas məqsədi orqan transplantasiyasının diaqnostikadan başlayaraq transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələlərini elmi və praktiki aspektlərdən müzakirə etmək, bu sahədə əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran çağırışları müəyyənləşdirməkdir.

Tədbirdə ölkənin müxtəlif tibb müəssisələrini təmsil edən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislər iştirak edəcək.

Mənbə: qafqazinfo.az