Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.

Gununsesi.info-ya istinadla xəbər verilir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında şahidlərin dindirilməsi nəzərdə tutulur.
Məlumata əsasən, həmin gün cinayət işi üzrə bir neçə şahidin ifadəsi dinləniləcək.
Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyev və Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının əvvəlcə bu həftənin ilk günlərində keçirilməsi nəzərdə tutulsa da, texniki səbəblərdən proses baş tutmayıb.
Bu səbəbdən məhkəmə iclası oktyabrın 16-na təyin edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham olunur.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də keçirilib.

Mənbə: www.bakupost.az