Norveçdə görüşəcəklər

Norveçdə görüşəcəklər

Norveçdə Ukrayna üzrə sülh danışıqları gözlənilir.

“Reuters”ə istinadən xəbər verilir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Ukraynadakı müharibənin yekunlaşdırılması imkanlarını müzakirə etmək üçün Norveçə səfər edəcəklər.

Diplomatik mənbələrdən sızan məlumatlara əsasən, sülh danışıqları Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsi iştirakı ilə Norveçdə təşkil olunacaq. Hələlik Vaşinqton tərəfindən məsələ ilə bağlı rəsmi bəyanat verilməyib. Rusiya tərəfi isə sözügedən diplomatik təmaslarda təmsil olunub-olunmayacağı ilə bağlı hər hansı şərh bildirməyib.

Qeyd edək ki, nəzərdə tutulan bu kritik görüş Vaşinqton və Kiyev arasında müharibənin dayandırılması şərtləri üzrə fikir ayrılıqlarının və gərginliyin artdığı bir dövrə təsadüf edir.

Mənbə: qafqazinfo.az