ABŞ-ın müdafiə naziri Pit Heqset İsrailə gizli səfəri zamanı Baş nazir Binyamin Netanyahu ilə görüşüb.
“Axios” portalına istinadən xəbər verilir ki, görüş bazar ertəsi baş tutub.
Danışıqların məzmunu barədə məlumat verilməyib.
Səfər ABŞ Prezidenti Donald Trampın İsraildə keçiriləcək parlament seçkilərində Netanyahuya dəstəyini açıqlamasından bir gün sonraya təsadüf edib.
Görüşün ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalının müzakirə olunduğu bir vaxta düşdüyü bildirilir.
Mənbə: publika.az