Tramp Baydeni Ukraynaya həddindən artıq silah verməkdə ittiham etdi

Tramp Baydeni Ukraynaya həddindən artıq silah verməkdə ittiham etdi

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin Ukraynaya həddindən artıq hərbi yardım göstərdiyini bildirib.

Baydenin siyasətini tənqid edən Tramp deyib: “Mən ilk müddətimdə silahlı qüvvələri yenidən qurdum. Bayden Ukraynaya çox şey verdi. O, Avropaya silah sata bilərdi. Mən də elə etdim. Mən Avropaya silah satıram, onlar bizə tam qiymət ödəyirlər və istədiklərini edirlər”.

Tramp əlavə edib ki, Avropa ölkələri ABŞ-dan silah alaraq Ukraynaya özləri yardım etməlidirlər.

Mənbə: publika.az