ABŞ Prezidenti Donald Tramp Vitse-prezident Ceyms Devid Vensin İranla sülh danışıqlarını bərpa etmək üçün tapşırıq aldığı barədə məlumatı təkzib edib. O, Vensin İrana tibbi ləvazimatların çatdırılmasına kömək etdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bunu Vaşinqtondan Ohayoya yola düşərkən jurnalistlərin suallarına cavabında deyib.
Ondan Vensə İranla danışaraq sülh danışıqlarını yenidən başlatmağı tapşırıb-tapşırmadığı soruşulub: “Xeyr. İranın tibbi ləvazimatlarla bağlı köməyə ehtiyacı var idi. O, məndən bu barədə nə düşündüyümü soruşdu, mən də razılaşdım. Bir sözlə, xəstələrə kömək etmək üçün ləvazimatlar təmin edilir”.
Qeyd edək ki, Prezidentin açıqlaması “The Wall Street Journal” qəzetinin Vensin İranla danışıqları bərpa etmək məqsədilə məktub göndərdiyi barədə məlumatından sonra səslənib.
Qəzet ABŞ rəsmilərinə istinadən yazıb ki, Trampın göstərişi ilə Vens İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzaiyə məktub ünvanlayıb. Məktubun məqsədinin sülh danışıqlarını yenidən başlatmaq olduğu bildirilib.
Mənbə: qafqazinfo.az