BMT Təhlükəsizlik Şurası Liviyada fəaliyyət göstərən BMT Dəstək Missiyasının (UNSMIL) mandatının müddətini 2027-ci il oktyabrın 31-dək uzatmaq barədə qərar qəbul edib.
Böyük Britaniya tərəfindən hazırlanmış qətnamə layihəsinin lehinə Şuranın 13 üzvü səs verib. Rusiya və Yunanıstan isə səsvermə zamanı bitərəf mövqe tutub.
Xatırladaq ki, 2011-ci ildə təsis edilən missiya Liviyada siyasi keçid prosesinə dəstək göstərir, ölkənin hərbi və iqtisadi institutları arasındakı parçalanmanın aradan qaldırılmasına çalışır, həmçinin münaqişə tərəfləri arasında vasitəçilik missiyasını həyata keçirir.
Mənbə: az.trend.az