ABŞ İran blokadasının nəticələrini açıqladı - 144 gəmi, 1,5 milyard barel neft...

ABŞ İran blokadasının nəticələrini açıqladı -

İrana qarşı dəniz blokadasının bərpasından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya oradan çıxan 144 ticarət gəmisinin hərəkətinin qarşısını alıb.

Məlumatı ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb: "31 oktyabr tarixinə olan məlumata görə, ABŞ qüvvələri blokadanı təmin etmək üçün 144 ticarət gəmisinin marşrutunu dəyişdirib".

CENTCOM-un məlumatına görə, son altı ay ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhdidlərinə və hücumlarına baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə 3000-dən çox ticarət gəmisi Hörmüz boğazından uğurla keçib.

Komandanlıq bildirib ki, bu, bu dövrdə boğazdan keçən bütün gəmilərin 95 faizdən çoxunu təşkil edir. CENTCOM qeyd edib ki, bu yaydan bəri ABŞ qüvvələri Körfəz tərəfdaşlarına 1,5 milyard bareldən çox neft ixrac etməyə kömək edib. Komandanalığa görə, bu, ABŞ və onun regional tərəfdaşlarının bu beynəlxalq su yoluna nəzarət etdiyini açıq şəkildə nümayiş etdirir.

Mənbə: olke.az