Rusiya Niderlanddakı Sovet abidəsinə qarşı törədilən daha bir vandalizm aktını qətiyyətlə pisləyir.
Bu barədə Rusiyanın Haaqadakı səfiri Vladimir Tarabrin "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
"Sovet söhrət müydanı" abidəsində törədilən növbəti vandalizm aktını qətiyyətlə pisləyirik", - deyə o bildirib.
Onun sözlərinə görə, Rusiyanın Niderlanddakı səfirliyi vəziyyəti yaxından izləyir və hərbi dəfn fondunun rəhbərliyi ilə daim əlaqə saxlayır.
Xatırladaq ki, dünən "RTV Utrext" telekanalı Utrext əyalətinin Leusden şəhəri yaxınlığındakı xatirə kompleksinin bir hissəsi olan sovet əsgərləri qəbiristanlığının təhqir edildiyini bildirmişdi. Bu, Niderlanda il ərzində ikinci belə hadisədir. Jurnalistlərin məlumatına görə, vandallar Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin müxtəlif hissələrinə qırmızı və qara qraffitilər çəkiblər. Polis araşdırmaya başlayıb.
Müəllif: Tural
Mənbə: publika.az