Putinin Avropa ilə müharibəyə dair sözlərinə reaksiya

Putinin Avropa ilə müharibəyə dair sözlərinə reaksiya

Britaniyanın müdafiə naziri Ues Stritinq Avropa İttifaqı (Aİ) ölkələrini Rusiyaya qarşı ehtiyatlı olmağa çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir bu barədə danışaraq deyib: "Biz (Aİ) qitəmizin üzləşdiyi təhdidlər barədə ortaq bir baxışa sahibik. Düşünürəm ki, hamımız prezident Putinin Avropa ilə müharibə axtarmadığını dediyi zaman onun sözünə inanmaq istərdik, amma əgər hazırda Avropada hərbi əməliyyatlar baş verməsəydi, bu vədləri daha ciddi qəbul edə bilərdik".

Stritinq həmçinin London və Brüssel arasında hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

29 oktyabrda Vladimir Putin Rusiyanın Avropanı təhdid etmədiyini və onunla müharibəyə başlamaq üçün bəhanələr axtarmadığını bildirib. Lakin o, vurğulayıb ki, əgər bu baş verərsə, heç kim münaqişədən qalib çıxmayacaq.

Bundan əlavə, Putin əlavə edib ki, Moskva Aİ ölkələri ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir.

Mənbə: musavat.com