ABŞ aviabazasında etiraz aksiyası: Özlərini zəncirlədilər

ABŞ aviabazasında etiraz aksiyası: Özlərini zəncirlədilər

Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazasının əsas girişi etirazçılar tərəfindən bağlanıb.

“Qanlı müharibələrə son” adlı qrupun on üzvü bazanın əsas girişində özlərini avtomobilə və bir-birinə bağlamaq üçün xüsusi möhkəm qıfıllardan istifadə ediblər. Polis ictimai asayişi pozmaq və digər hüquqpozmalar səbəbi ilə bir neçə nəfəri saxlayıb.

Etirazçılar ABŞ-ın iştirak etdiyi müharibələrə qarşı çıxdıqlarını bildirərək Britaniya hökumətini ölkədəki ABŞ hərbi bazalarını bağlamağa və Yaxın Şərqdəki münaqişələrə dəstəyi dayandırmağa çağırıblar.

Mənbə: publika.az