Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı

Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı

ABŞ-də keçirilən aralıq seçkilərdə diqqətçəkən ən böyük sürprizlərdən biri Texas ştatında qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “Decision Desk HQ” analitik mərkəzinin proqnozuna və rəsmi nəticələrə əsasən, Demokrat Partiyasının namizədi Ceyms Talariko ştatın baş prokuroru, Respublikaçı Ken Pakstonu məğlub edərək ABŞ Senatına seçilib.

Bu qələbə ilə Demokratlar 1994-cü ildən bəri ilk dəfə Texas ştatını Senatda təmsil etmək hüququ qazanıblar.

Texas tarixində ən bahalı Senat yarışı kimi dəyərləndirilən kampaniyanın son həftələrində iş adamı, milyarder İlon Mask Respublikaçı namizəd Ken Pakstonun kampaniyasına təxminən 200 milyon dollar maliyyə dəstəyi ayırmışdı. Lakin bu nəhəng investisiya Respublikaçıların ştatdakı uzunmüddətli dominantlığını qorumağa kifayət etməyib.

Mənbə: qafqazinfo.az