"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı".
Bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinin əlini tutaraq havaya qaldırması hər kəsə - dosta və düşmənə mesaj oldu.
"Yaşasın, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı. Yaşasın, Azərbaycan-Türkiyə birliyi", - deyə Binəli Yıldırım vurğulayıb.
Mənbə: bizim.media