Rusiyada 290 min əcnəbinin ölkəyə girişinə qadağa qoyulub

Rusiyada 290 min əcnəbinin ölkəyə girişinə qadağa qoyulub

Rusiyanın Daxili İşlər Nazirliyi cari ildə 290 min əcnəbi vətəndaşın ölkəyə girişini qadağan edib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, bunu daxili işlər naziri Vladimir Kolokoltsev Federasiya Şurasında hökumət saatı çərçivəsində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Rusiyaya girişi 3 ildən 10 ilədək müddətə qadağan edilən şəxslərin sayı ötən ilin göstəricisini təxminən iki dəfə üstələyib və 290 min nəfərə çatıb.

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Asiya və Cənubi Qafqaz əsilli, Rusiyanın altı regionunda yaşayan yeddi nəfər milli təhlükəsizliyə və millətlərarası münasibətlərə təhdid yaradan hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib.

Mənbə: bizim.media