İqlim dəyişikliyinə heç bir təsiri olmayan ölkələr bu gün iqlim fəlakətindən ən çox əziyyət çəkən ölkələrdir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada COP31 Liderlər Sammitində deyib.
Onun sözlərinə görə, inkişaf etməkdə olan və iqlim fəlakətindən əziyyət çəkən ölkələrin inkişaf mexanizmi dəstəklənməli və onların mübarizəsinə köməklik göstərilməlidir.
Ərdoğan şəhərlərin iqlim dəyişikliyinə dayanıqlı şəkildə inşasının bu günün ən vacib məsələlərindən olduğunu da əlavə edib: "İqlim dəyişikliyi ilə mübarizə dünyanın daha çətin problemlərlə, - aclıq, yoxsulluq, müharibə, köç problemi, - mübarizə apardığı dövrə təsadüf edir. Və təəssüf ki, bu kimi qarışıq dönəmi və qarışıq problemlərin bədəlini təbiət ödəməli olur".
Türkiyə Prezidenti dünyaya ədalətlilik və qərarlılıq çağırışı da edib: "Bu gün insanlığın ehtiyac duyduğu məsələ insan və təbiət arasında yaşamağa yönəlik anlaşmadır. Biz Türkiyə olaraq bu gün anlamlı bir hədəf təyin edirik və inanırıq ki, açdığımız bu yolla sonuna qədər irəliləyəcək, qərarlılığımızı davam etdirəcəyik".
Mənbə: aktual.az