İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "Al Jazeera" telekanalına müsahibəsində ABŞ ilə aparılan danışıqlar barədə danışıb. O bəyan edib ki, İran Hörmüz boğazının açılması və danışıqların bərpası üçün yerinə yetirilməsi vacib olan 7 şərtlə bağlı ABŞ-dan rəsmi cavab gözləyir.
Onun sözlərinə görə, Tehran mövqeyini Qətərdən olan vasitəçilərlə Vaşinqtona çatdırıb, lakin ABŞ tərəfi hələ ki, konkret cavab təqdim etməyib. "İndi növbə Vaşinqtondadır", - Qalibaf vurğulayıb.
Mənbə: sia.az