İndoneziyanın Qərbi Yava əyalətində baş verən güclü tufanlar və qasırğalar nəticəsində 496 bina, o cümlədən yaşayış evləri, mağazalar və ictimai obyektlər zərər görüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət noyabrın 13-ü və 14-də əyalətin bir neçə rayonunu əhatə edib.
Ümumilikdə, 336 yaşayış binası zədələnib ki, bunlardan 63-ü ciddi şəkildə dağılıb.
Ən ağır nəticələr Qərbi Bandunq dairəsində qeydə alınıb - burada 195 evə ziyan dəyib. Bandunq dairəsinin rəhbərliyi tərəfindən fövqəladə vəziyyət elan edilib və evləri güclü dağıntıya məruz qalan sakinlərə yardım göstəriləcəyi bildirilib.
Bizim.Media
Mənbə: bizim.media