İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş konstruktiv xarakter daşıyıb və Tehranla Moskvanın ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsinin zəruriliyi məsələsində mövqelərinin yaxın olduğunu nümayiş etdirib.
Bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a bildirib.
O qeyd edib ki, danışıqlar təxminən üç saat davam edib. Görüş zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq məsələlərin geniş spektrini müzakirə ediblər. Diplomatın sözlərinə görə, Putin və Rzayi, digər məsələlərlə yanaşı, Rusiya qazının İrana tədarükü layihəsinin bəzi aspektlərini müzakirə edib, iki ölkənin nüvə, müdafiə və strateji əməkdaşlığın digər istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
Cəlalinin sözlərinə görə, Rzayi ölkələrin suverenliyinə hörmət edilməsinin və regional təhlükəsizlik mexanizmlərinə xarici müdaxilənin yolverilməzliyinin vacibliyi ilə bağlı Tehranın mövqeyini çatdırıb.
Xatırladaq ki, Putinlə Rzayinin görüşü noyabrın 5-də, cümə axşamı günü Kremldə baş tutub.
Mənbə: publika.az