“Milli düşüncəni təyin edən mediaya ayrılan məbləğ xeyli azalıb”

“Milli düşüncəni təyin edən mediaya ayrılan məbləğ xeyli azalıb”

“Milli düşüncəni təyin edən mediadır, televiziyalardır, media yayımıdır. Bura ayrılan məbləğ 68 milyon 369 min manatdır. Mən ötən illə müqayisə etmək istəmirəm, çünki xeyli azalıb”.

Bunu deputat Hikmət Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

“Bir gün əvvəl Media Yayım Şurası Fransa mənşəli informasiya subyektinin Azərbaycana qarşı təxribatları ilə bağlı paylaşım etdi. Bunlar elə ideoloji təxribatlardır və ideoloji təhlükəsizlikdir. Belə olan halda, məsələn, 68 milyonun 53,5 milyonu televiziyalara, 14,5 milyonu media yayıma ayrılır.

Gələcəkdə biz nələrdənsə alıb bura verə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik. Çünki bu, gələcəyin çağırışıdır”, - deyə deputat qeyd edib.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az