Ermənistanda vətəndaş müharibəsi yetişir

Ermənistanda vətəndaş müharibəsi yetişir

Ermənistanda “1 Mart” hadisələrinin ildönümü yetişir. İrəvanın bu gərgin, həyəcanlı, tutqun günlərində geniş yayılmış nifrət və düşmənçilik o qədər çoxdur ki, ermənilər artıq bu həyat tərzinə öyrəşib. “Azq” nəşri yazır ki, Ermənistanda insanlar vətəndaş müharibəsinin yetişdiyini görmür.

“İnternet, xüsusən də feysbuk siyasi və ictimai lakmus kağızıdır, bu kağızın rəngi o qədər tündləşib ki, insanların ödü kompüterdən küçəyə və meydana doğru axır.

Deputat Andranik Köçəryan açıq şəkildə dövlətin binalarını zəbt edən vətəndaşlara atəş açmaq üçün monopol hüququna sahib olduğunu deyirsə, Nikol Paşinyan itaətsizlik aksiyası iştirakçılarının onun hökumət binasına daxil olmasına mane olacaqları eşidərək fevralın 23-ü səhər tezdən bir-iki km radiusluq ərazini 3500 polislə gəzirsə, müxalifət mitinq tribunlarından hakimiyyətin ünvanına soyğun və təhqirlərdən başqa hər hansı konstruktiv proqram, çıxış təklif etmirsə, təbiidir ki, mənzərə bu olmalıdır”, - deyə nəşr qeyd edib.

Mənbə: ordu.az