İrəvanda "Rusiya Dəmir Yolları"nın törəmə müəssisəsi olan SCR-in konsessiyasında olan Ermənistan dəmir yolunun istismarı ilə bağlı məsələləri müzakirə etmək üçün Ermənistan-Rusiya işçi qrupunun ilk iclası başlayıb.
Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, iki ölkə nümayəndələri arasında müzakirə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyində mətbuatın iştirakı olmadan qapalı qapılar arxasında keçirilir.
"Rusiya Dəmir Yolları" ASC ilə konsessiya müqaviləsinin məqsədəuyğunluğu mövzusu ilk dəfə 2026-cı ilin fevral ayında Ermənistanın Baş naziri Nikol Paşinyan "Rusiya Dəmir Yollarının idarə olunması Ermənistanı strateji mövqelərdən və rəqabət üstünlüklərindən məhrum edir" tezisini səsləndirəndə qaldırılıb.
Mənbə: publika.az