Tramp ərzaq və su ehtiyatı toplamamağı tövsiyə etdi - Problem yaranarsa...

Tramp ərzaq və su ehtiyatı toplamamağı tövsiyə etdi - Problem yaranarsa...

ABŞ Prezidenti Donald Tramp elektrik enerjisi təchizatında baş verə biləcək genişmiqyaslı fasilələrlə bağlı amerikalıları sakitliyə çağırıb və ərzaqla içməli su ehtiyatı toplamağa ehtiyac olmadığını bildirib.

Publika.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Elektrik enerjisi təchizatı sahəsində fövqəladə vəziyyətin tətbiqini şərh edən Tramp ciddi təhlükə yaranacağı təqdirdə əhalinin vaxtında məlumatlandırılacağını deyib.

“Rahat olun. Problem yaranarsa, mən sizə xəbər verəcəyəm”, – deyə o bildirib.

Trampın fikrincə, ABŞ-ın rəqibləri mümkün nəticələrdən çəkinərək ölkənin elektrik şəbəkəsinə hücum etməyə cəsarət etməyəcəklər.

Mənbə: publika.az