“ABŞ artıq İrana qarşı müttəfiqlərini bir araya gətirmək iqtidarında deyil”.
Bu barədə İranın ali rəhbərinin müşaviri və köməkçisi Məhəmməd Möhbər "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Şençjen sammitini şərh edən Möhbər qeyd edib ki, Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli görüşü region üçün aydın bir siqnal olub və Vaşinqtonun artıq İrana qarşı müttəfiqləri birləşdirmək imkanına malik olmadığını nümayiş etdirib.
O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Çinə boş vədlərlə yollanıb, daha sonra isə Birləşmiş Ştatlara əliboş və özü üçün sərfəli olmayan bəyanatla qayıdıb.
Məhəmməd Möhbər əlavə edib ki, Fars körfəzinin və Hörmüz boğazının təhlükəsizliyi İran üçün qırmızı xətdir və İran İslam Respublikasının yeddi fundamental şərtinin yerinə yetirilməsi müqabilində təmin ediləcək.
Mənbə: bizim.media